İsxak Hersoq Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi – FOTO

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Globalinfo.az xəbər verir ki, İsrail Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoydu.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər güllər düzüldü.

X X X

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İsrail Prezidentinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Şəhidlərin xatirəsinə ehtiram