Boz kardinal: Qərb Rusiyanı belə parçalayacaq

NATO ölkələri Ukraynadan böyük bir hərbi düşərgə düzəldiblər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.

“Əslində, NATO ölkələri konfliktin tərəfidirlər. Ukraynanı böyük hərbi düşərgəyə çeviriblər. Ukrayna ordusuna silah göndərir, kəşfiyyatla, o cümlədən, əhəmiyyətli sayda PUA-larla təmin edirlər”, – o bildirib.

Patruşev Qərbin bu savaşı Rusiyanı məğlub etdiyi ana qədər dayandırmayacağını söyləyib. O, Rusiyanın məğlubiyyəti sayəsində Qərbin onun parçalanması prosesini başladacağını qeyd edib.

İlkin Həsənov
Globalinfo.az