“İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil”

“Türkiyənin təhlükəsizlik qayğılarının nəzərə alınmaması qəbuledilməzdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə Budapeştdə baş tutan görüşdən sonra birgə mətbuat konfransında deyib.

O bildirib ki, İsveç və Finlandiyanın təhlükəsizlik narahatlığı başadüşüləndir, amma Türkiyənin təhlükəsizlik qayğılarının qarşılanmaması qəbuledilməzdir.

“Təəssüf ki, terror təşkilatları FETÖ, PKK, PYD bu ölkələrdə, xüsusən də İsveçdə sıx fəaliyyət göstərirlər. Onlar təkcə mövcud deyillər, həm də çox fəaliyyət göstərirlər. Bu, əslində, pul toplama, terrorun maliyyələşdirilməsini əhatə edir. Eyni zamanda, adam toplayırlar, oradan da İraqda Qəndil dağına və Suriyaya adam toplayırlar, təbliğat davam edir”.

“İsveç gələcəkdə öz öhdəliklərini yerinə yetirərsə, baxarıq. Amma hazırda bu şərtlər daxilində İsveçin NATO üzvlüyünə “hə” demək mümkün deyil”.