İsveç Ukraynaya 1,2 milyard dollar həcmində yardım paketi elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson açıqlama yayıb.
Nazir qeyd edib ki, bu, Skandinaviya ölkəsinin Ukraynaya ayırdığı ən yüksək həcmli yardım paketidir. Hökumət hazırda İsveç və Avropadakı vasitəçilərlə artilleriya və dron kimi prioritet avadanlıqların tədarükü ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər İsveç Ukraynaya 18 yardım paketi təqdim edib.
Əliyar Xəlil
Globalinfo.az














