Türkiyənin “saldığı” düyün çözülür: kritik tarix açıqlandı

İsveç, Finlandiya və Türkiyə rəsmiləri mart ayında görüşəcəklər.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun müsbət müzakirələri olub və üçtərəfli (Finlandiya, İsveç və Türkiyə) müzakirələrin keçirilməsinin bərpası barədə razılıq əldə olunub.

Hərbi alyansın rəhbəri deyib ki, görüş martın ortasında NATO-nun mənzil qərargahında keçiriləcək.

Qeyd edək ki, Finlandiya və İsveçin yalnız Türkiyənin razılığından sonra NATO-ya üzv ola biləcəkləri deyilir.