İstirahətə apardığı arvadını meşədə boğdu

Göygöldə 1992-ci il təvəllüdlü Ceyhun Mustafayevin həyat yoldaşı 2002-ci il təvəllüdlü Münəvər Kərimovanı öldürməsi şübhəsi ilə bağlı detallar məlum olub.

Globalinfo.az xəbər verir ki, Göygölə istirahətə gedən cütlük arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Bu zaman Ceyhun Mustafayev həyat yoldaşını meşəlik ərazidə öldürərək onu maşının baqaj hissəsinə qoyub və Gəncəyə gələrək könüllü təslim olub.

Daha ətraflı Baku TV-nin süjetində: