İsteriya var: Onlar müharibə istəyirlər – Siyarto

İsteriya var: Onlar müharibə istəyirlər – Siyarto

“Avropalı siyasətçilərin bizi şantaj etməsinə baxamayaraq, Macarıstan Ukrayna konfliktinin sülh yolu ilə həllini dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Sülh mövqeyini təqdim edəndə mənə deyirlər ki, rusiyayönlü mövqe tuturam və az qala, məni “Rusiyanın casusu”, “Kremlin təbliğatçısı” kimi görürlər. Debatların intellektual səviyyəsi elə də yüksək deyil, çünki bizim arqumentlərimizin qarşılığında digər tərəfdən hansısa arqument olmur. Bu, problemin həllinə kömək etmir. Biz güclü təzyiq, bəzən isə şantajla qarşılaşmalı oluruq”, – o bildirib.

Siyarto Avropada hərbi isteriyanın hökm sürdüyünü, siyasətçilərin əksəriyyətinin sülhdən çox müharibəni istədiklərini bildirib.

Əliyar Xəlil
Globalinfo.az