İstanbulda zəlzələyə davamlı 600 min ev tikiləcək

Türkiyə hökuməti təmir proqramı çərçivəsində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi nəzərdə tutur.

Globalinfo.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə “Yol xəritəsi”nin təqdimatında deyib.

“İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir”, – deyə o, əlavə edib.

Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.