
İstanbulda 4 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Böyükçekməce rayonundan təxminən 23.6 kilometr məsafədə, 8.16 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.