İstanbulda terror belə törədilib: Qadın çantanı… – İlkin TƏSBİT / FOTO

Xəbər verdiyimiz kimi, İstanbulun İstiqlal küçəsində axşam saatlarında baş verən partlayışda 6 nəfər ölüb, 53 nəfər yaralanıb.

Globalinfo.az türk mətbuatına istinadən xəbər verir ki, dəhşətli partlayış təhlükəsizlik kamerasına düşüb.

Görüntülərə əsasən, partlayışa qadının qoyub getdiyi çantanın səbəb olduğu bildirilib.

Saat 16:13-də bir qadın çantanı orada qoyub, hadisə yerindən uzaqlaşıb. Bir neçə dəqiqə sonra isə partlayış baş verib.

Həmən qadının partlayışın şübhəlisi olduğu qeyd edilib.