strait bosphorus suleymaniye mosque scaled
Mayın 16-da İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Sabah müxtəlif formatlarda bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Bunlara ABŞ–Ukrayna–Türkiyə formatında danışıqlar da daxildir. Eyni zamanda, Rusiya Federasiyası, Ukrayna və Türkiyə arasında üçtərəfli danışıqlar da gündəmdədir”, – deyə mənbə bildirib.

Qeyd olunub ki, hələlik danışıqların dördtərəfli – yəni ABŞ, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə keçirilib-keçirilməyəcəyi məlum deyil.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: