suleymaniye mosque turkish flag istanbul turkey scaled

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ zamanı 17 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər valisi Davut Gül məlumat verib.

Onun sözlərinə görə, yaralanan şəxslər panikaya düşərək yaşadıqları mənzildən tullanma nəticəsində yaralanıblar.

Qeyd edək ki, zəlzələ Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində 6, 7 km dərinliyində 5 maqnituda gücündə baş verib.

***16:19

“Zəlzələdən sonra İstanbulda tələfat qeydə alınmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamada deyib.

    Vali əlavə edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.

    X X X

    Türkiyənin İstanbul şəhərində zəlzələ olub.

    Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

    Avropa Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ 5 maqnitudalı olub.

    AFAD zəlzələnin Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində baş verdiyini bildirib.

    Dağıntılar barədə hələlik məlumat yoxdur.

    Paylaş: