İstanbulda gecə klubunda yanğın: ölənlərin sayı artdı

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, yanğın zamanı ölənlərin sayı 29-a çatıb.

***17:25

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı 27 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, üç nəfər isə ağır yaralıdır.

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın barədə ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir R.T.Ərdoğana hadisənin nəticələri barədə məlumat verib.

***16:10

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, ölənlərin sayı 10-a çatıb.

Hadisə zamanı 10-dan çox şəxsin yaralandığı da bildirilir.

X X X

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

Globalinfo.az bildirir ki, yanğın zamanı 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.