İstanbulda Fələstinə dəstək yürüşü: tanınmışlar da qatıldı – VİDEO

İstanbulda Fələstinə dəstək məqsədilə keçirilən yürüş başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çox sayda insanın iştirak etdiyi yürüşə Türkiyənin idman naziri Osman Aşkın Bak, səhiyyə naziri Fahrettin Koca, Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Mustafa Şentop, deputatlar Hulusi Akar, Nureddin Nebati, Süleyman Soylu, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, bir çox digər millət vəkilləri və siyasi partiyaların nümayəndələri qatılıb.

***10:37

Bu gün İstanbulda Fələstinə dəstək yürüşü keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yürüşdə minlərlə şəxs iştirak edib.

Səhər saatlarında başlayan tədbir Galata körpüsündə başa çatıb. Yürüş zamanı Fələstinə dəstək şüarları səsləndirilib.

Eyni zamanda, yürüş zamanı PKK təşkilatı tərəfindən törədilən terrorlar qınanılıb.