İstanbulda azərbaycanlı şairin evinə oğrular girdi – Video

Tanınmış azərbaycanlı şair Şəhriyar Del Geraninin İstanbulda yaşadığı evə oğrular girib. Bu haqda o özünün Facebook hesabında bildirib. Globalinfo.az Şəhriyar Del Geraninin həmin paylaşımını təqdim edir:

“Tam 10 il qabaq Bakıda belə bir hadisə gəlmişdi başıma. Yəqin xatırlayırsız. Yenə eyni ssenari – bu dəfə İstanbulda yaşadığım evə oğru girmiş, MacBook-umu oğurlamış, passportumu, şəxsiyyət vəsiqəmi və olan-qalan rezerv pulumu aparmışlar. Hər şeyi başa düşdüm, passport və şəxsiyyət vəsiqəmi niyə? Ən əsası, kompüterin yaddaşında illərdir çapa vermədiyim şeirlər, hekayələr, köşələr və roman. (((( Çox pisəm. Sözlə ifadə etmək mümkün deyil sadəcə”.

Globalinfo.az