İstanbulda 4 metrobus toqquşub, yüzə yaxın yaralı var – YENİLƏNİB+VİDEO

 

Sentyabrın 9-da Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Türkiyə mediasının məlumatına görə, hadisə İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verib. 4 metrobusun toqquşması nəticəsində xeyli insan yaralanıb.

Globalinfo.az bildirir ki, ilkin xəbərlərdə yaralı sayının 42 nəfər olduğu deyilirdi. Bu rəqəmi İstanbul valisi Əli Yerlikaya da təsdiqləyib.

Qəza yerinə xeyli sayda xilasedici qruplar cəlb edilib.

Son məlumatlara görə, yaralıların sayı 100-ə 90-a yaxınlaşır. Bu haqda İstanbul Elektrik Tramvay və Tunel İdarələri məlumat yayıb:

“50 yaralımız təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 49 yaralımız isə öz imkanları ilə xəstəxanalara getdi və ambulator müalicə aldı. Hadisə zamanı yaralanan vətəndaşlarımıza şəfa diləyirəm”.