İstanbul nəhəngində “zəlzələ”: 5 məşhur futbolçu…

Türkiyənin “Beşiktaş” klubunda 5 futbolçu komandadan kənarlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə komandanın yeni baş koordinatoru Samet Aybaba məlumat yayıb.

O bildirib ki, V.Abubakar, Valanten Rozye, Erik Bayi, Raşid Gezzal və Jan Onana zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, “Beşiktaş” Superliqada 15 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.