Zelenskinin Ofisi Rusiya ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, müdafiə naziri Rüstəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti 12 nəfərdən ibarətdir. Heyətə həmçinin Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (SBU) və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbər heyətindən müavinlər də daxildir.
Aysel Əliyeva
Globalinfo.az














