İstanbul görüşü başa çatdı – TƏFƏRRÜATLAR

AA 20250410 37590598 37590594 ABD VE RUSYA HEYETLERININ ISTANBULDAKI IKINCI GORUSMESI SONA ERDI scaled

İstanbul görüşünün təfərrüatları məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Toplanan ümumi məlumat belədir:

Görüş barədə:

Rusiya və ABŞ İstanbulda məsləhətləşmələrin ikinci raundunu keçirib. Görüş 5,5 saat davam edib.

İlk görüş fevralın 27-də baş tutub. Bağlı qapılar arxasında keçirilən görüş 6 saatdan çox davam edib.

Rusiya nümayəndə heyətinə yenidən Vaşinqtondakı səfir Aleksandr Darçiyev rəhbərlik edib.

Görüş yeri ilə bağlı balansa önəm verilib. Belə ki, fevralda baş tutan görüş ABŞ-ın İstanbuldakı səfirliyində keçirilmişdisə, bu dəfə Rusiya səfirliyində keçirildi.

Darçiyevin açıqlamaları:

Məsləhətləşmələrin ikinci raundu iki ölkə arasında diplomatic nümayəndəliklərin inkişafı ilə bağlı irəliləyiş əldə etməyə imkan yaratdı.

O, həmçinin diplomatik nümayəndəliklər üçün maneəsiz bank xidmətlərinin təmin edilməsinə dair razılaşma barədə xəbər verib.

Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatların gediş-gəlişini və onların viza tələblərini asanlaşdırmaq üçün gələcək tədbirlər haqqında razılığa gəliblər.

Darçiyevin qeyd etdiyi kimi, Rusiya və ABŞ nümayəndə heyətləri Amerikanın əvvəlki lideri Co Baydenin administrasiyasından miras qalmış “qıcıqlandırıcıların” dərhal aradan qaldırılmasının zəruriliyini qeyd ediblər.

O, İstanbulda Rusiyanın ABŞ-da müsadirə edilmiş diplomatik əmlakın tez bir zamanda qaytarılmasının prioritetini vurğuladığını bildirdi.

Darçiyev həmçinin əlavə edib ki, ölkələr arasında birbaşa uçuşların bərpası cəmiyyətlər arasında işgüzar əlaqələrin və təmasların genişlənməsinə töhfə verəcək.

Moskva və Vaşinqton məsləhətləşmələrin yeni raundu üçün İstanbulda irəli sürülən təşəbbüslər üzərində işləyəcəklər və hazırda onların tarixləri dəqiqləşdirilir.

Amerika tərəfdən şərh:

Dövlət Departamenti bildirib ki, Moskva və Vaşinqton ikitərəfli diplomatik münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq üçün yeni görüşün təşkili planlarını müzakirə ediblər.

Tərəflər Rusiya və ABŞ diplomatik nümayəndəliklərinin işi üçün bank xidmətlərinin göstərilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda departament bəyan edib ki, görüşdə amerikalı nümayəndələr yerli kadrların işə götürülməsinin qeyri-mümkünlüyü ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun ABŞ-ın Moskvadakı səfirliyində sabit və dayanıqlı kadr səviyyəsinin saxlanmasına əsas maneə olduğunu bildiriblər.

***

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında 6 saat davam edən görüş başa çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti məsləhətləşmələrin konstruktiv şəkildə aparıldığını bildirib. Tərəflər yaxın zamanda yeni əlaqə imkanını müzakirə ediblər. Bundan başqa, Rusiya və ABŞ nümayəndə heyətləri diplomatik nümayəndəliklərin işi üçün bank xidmətlərinin imkanları barədə də danışıqlar aparıblar.

***

11:00

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi başlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

“İştirakçıların Rusiya Baş Konsulluğuna gəlişindən az sonra buna start veriləcək”, – deyə bildirilib.

Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ-a isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Əliyar Xəlil
Globalinfo.az