03bd0dbe f600 4a99 a436 e59468f28871

İstanbul boğazında konteyner və quru yük gəmisi toqquşub.

Globalinfo.az xəbər verir ki, bu barədə İstanbulun Sahil Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ahırkapıda 126 metrlik “Burhan Dizman” və 147 metrlik “Turan C” adlı konteyner və quru yük gəmisi toqquşub. Qəza nəticəsində hər iki gəmi zədələnib.

Əraziyə xilasedici gəmilərin göndərildiyi qeyd edilib.

Paylaş: