Çində zavodda güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Şansi əyalətindəki biotexnologiya şirkətinin emalatxanalarından birində qeydə alınıb.
Nəticədə səkkiz nəfər həlak olub. Partlayışın səbəbi dəqiqləşdirilməyib.
Məlumata görə, şirkət rəsmisi saxlanılıb və araşdırma aparılır.
Əliyar Xəlil
Globalinfo.az