foto 3

Çində bir kişi keçmiş nişanlısını münasibətləri zamanı çəkdiyi xərclərə görə məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

“He adlı bir kişi keçmiş nişanlısının ailəsinə 50.000 yuan (təxminən 12 min manat) qaytarmasını istəyir. İddia ərizəsində ənənəvi gəlinlik qiyməti olan 20.000 yuan (4800 manat), eləcə də hədiyyələrə xərclənən 30.000 yuan (7200 manat) qeyd olunub.

O, ayrılığın səbəbi kimi keçmiş nişanlısının iştahasının çox olduğunu göstərib.”Hər gün çoxlu yemək yeyirdi”, – deyə He bildirib. Buna cavab olaraq, keçmiş nişanlısı Vanq qarşı tərəfin davranışını “xırdaçılıq” adlandırıb”, – qəzet yazıb.

Məhkəmə kişinin iddiasını qismən təmin edərək, cehizin yalnız yarısının — 10.000 yuanın (2400 manat) qaytarılmasına qərar verib.

Günel Cəlil
Globalinfo.az

Paylaş: