İsrail ordusunun İranın İsfahan şəhərindəki obyektə həyata keçirdiyi hücum radioloji fəsadlara səbəb olmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi açıqlama verib.
“Biz bu obyekti yaxşı tanıyırıq. Orada nüvə materialı yox idi, buna görə də hücum radioloji nəticələr doğurmayacaq”, – deyə Qrossinin agentliyin rəsmi saytında yayımlanan bəyanatında qeyd olunub.
Aysel Əliyeva
Globalinfo.az














