İsrailin hücumları zamanı həlak olan iranlıların sayı açıqlandı

İsrailin hücumları zamanı həlak olan iranlıların sayı açıqlandı

İsrailin hücumları səbəbilə İranda həlak olanların sayı açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı 627 nəfər həyatını itirib, 4870 nəfər isə xəsarət alıb. Ölü və yaralı sayı əsasən Tehran və Kirmanşahın payına düşüb.

“Həlak olanların 86,1 faizi elə yerindəcə ölüb. 13,9 faizi isə xəstəxanalarda həyatını itirib”, – məlumatda deyilir.

Aysel Əliyeva
Globalinfo.az