İran Omanla ABŞ-la yeni danışıqlar raundunun keçirilməsi ilə bağlı məsləhətləşmələr aparıb, lakin İsrailin hücumları Tehranı və Vaşinqtonu diplomatik yoldan çıxarıb.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Biz Oman tərəfdən həmkarımızla (Badr əl-Busaidi – red.) ABŞ hökumətinin nümayəndələri ilə yeni danışıqlar raundunun keçirilməsi barədə məsləhətləşmələr aparırdıq, lakin sionist rejimin — yəni İsrailin — İrana hücumu, hərbi komandirləri və elmi elitanın nümayəndələrini öldürməsi bizi diplomatik yoldan uzaqlaşdırdı”, – deyə iranlı nazir qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














