İsrail kəşfiyyat xidmətləri HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.
Nəşrin məlumatına görə, ölkənin aparıcı kəşfiyyat qurumları İsrailin Baş naziri Benyamin Netanyahunun göstərişi ilə Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin axtarışı üçün planlar hazırlayır.