Bu baş verməsə, İsrail-Fələstin münaqişəsi bitməyəcək – Livan

“İsrail Fələstin məsələsinə yanaşmasını dəyişməlidir”.

Globalinfo.az xəbər verir ki, bu çağırışla Livan prezidentinin keçmiş müşaviri Amal Abu-Zeyd çıxış edib.

O, Qəzza zolağında vəziyyətin gərginləşməsinin İsrailin planlarını alt-üst etdiyini vurğulayıb:

“İsrail Fələstin məsələsinə münasibətini yenidən nəzərdən keçirməli və bölgəyə sülh gətirmək üçün təşəbbüs göstərməlidir. Çünki Qəzza zolağında vəziyyətin gərginləşməsi ərəb ölkələri ilə ticarət sazişi bağlamağı planlaşdıran İsrailin planlarını alt-üst edib. Hərçənd Ərəb-İsrail münaqişəsinin həlli regionda sülhün bərqərar olması üçün kifayət edirdi. Üstəlik, təcrübə İsrailin səhv addım atdığını sübuta yetirib. Ona görə də, Təl-Əviv öz yanaşmasını yenidən nəzərdən keçirməli və son nəticədə iki dövlətli həll yolunu qəbul etməlidir”.

Əbu-Zeydin sözlərinə görə, 1967-ci il sərhədləri daxilində Fələstin və İsrail münaqişəsinin həlli avropalılar üçün də zəruridir:

“Fələstin məsələsinin əhəmiyyətini anlamadan avropalıların Aralıq dənizində münasibətləri təmin etməsi mümkün deyil. Odur ki, mövcud münaqişə fələstinlilərin hüquqları tanınmayana qədər davam edəcək”.

Əliyar Xəlil
Globalinfo.az