İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin əsas məqsədinin “tam qələbə” olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin bazasında yerləşən “Xets” Hava Hücumundan Müdafiə bölməsinə səfəri zamanı danışıb.
“Məqsəd – tam qələbədir. Bundan azı bizi qane etmir”, – deyə o bildirib.
Netanyahunu səfər zamanı İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyəl Zamir və Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar müşayiət edib.
Aysel Əliyeva
Globalinfo.az














