ABŞ və Türkiyə Suriya Demokratik Qüvvələrinə (SDF) Əhməd əl-Şaraa hökuməti ilə əldə olunan birləşmə razılaşmasını həyata keçirmək üçün 30 günlük müddət verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
Razılaşmaya əsasən, 30 gün ərzində SDF rəhbəri Mazlum Abdi başda olmaqla qüvvələr öz milis bölmələrini Dəməşq administrasiyasına birləşdirməli, bundan sonra həmin ərazilərə Suriya hökuməti tam nəzarət etməlidir.
İsrailin Suriyanın şərqindəki zorakı hücumları regionda gərginliyi artırıb və bu vəziyyət Türkiyənin sərt mövqeyinə səbəb olub. Türkiyə və ABŞ-ın təzyiqləri fonunda islamçı yönümlü siyasət yürüdən Əhməd əl-Şaraa-nın mövqeyi də razılaşmanın icrasında əngəl yaradır.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak bildirib:
“SDQ bu müqaviləni rədd etmək istəsə, edə bilər. Amma biz (ABŞ) hər zaman vasitəçi və uşaq baxıcısı kimi burada olmayacağıq”.
Tahir Turan
Globalinfo.az














