“Ukrayna Rusiyanın neft obyektlərinə hücum etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis deyib.
“Rusiya nefti qanuni hədəfdir”, – deyə o, sosial şəbəkə hesabında yazıb.
Sabiq nazir İranın əsas neft obyektlərini göstərən xəritə də əlavə edib:
“Məsələn, İsrailin zərbələri ölkənin əsas valyuta mənbəyi olan neft hasilatını azaltmağa yönəlib”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukraynanı Rusiyanın yanacaq-energetika infrastrukturuna hücumlardan çəkinməyə çağırıb.
Əliyar Xəlil
Globalinfo.az














