Xəbər verdiyimiz kimi, Leninqrad vilayətinin azərbaycanlı deputatı Səyad Əliyevin Rusiyadan qaçacağı iddia edilir. Rusiya KİV iddia edir ki, o, hüquq-mühafizə orqanlarının “qara siyahı”sına düşüb. Onun Azərbaycana və ya İsrailə köçmək istədiyi deyilir. 

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Səyad İsbar oğlu Əliyev 27 mart 1967-ci ildə Cəlilabadın Zopun kəndində anadan olub.

O, 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Pskov Radio Komponentləri Zavodunda ağac emalı və taxta yığan kimi işə başlayıb.

1985-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

1994-cü ildə M.S Kirov adına Meşə Təsərrüfatı Akademiyasını bitirib.

1989-1999-cu illərdə Xalturin adına 2 saylı Leninqrad Ağac emalı zavodunda usta və kommersiya işləri üzrə direktor müavini kimi çalışıb.

O, 1999-cu ildən “Rassvet Firma” QSC-də əvvəlcə istehsalat direktoru, sonra icraçı direktor vəzifələrində işləyib.

Səyad Əliyev 2008-ci ildə Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasını bitirdikdən sonra iqtisadiyyat üzrə ikinci ali təhsil alıb.

2001-2005-ci illərdə baş direktor vəzifəsində “İntrast” MMC-yə rəhbərlik edib. 2005-2007-ci illərdə “Nevski Laminat Zavodu” MMC-də eyni vəzifədə çalışıb.

2005-ci ildə Deputatlar Şurasının sədri və Dubrovskoye şəhər qəsəbəsinin rəhbəri seçilib.

2007-ci ildən daimi olaraq deputat vəzifəsində işləyib.

2011-ci ilin dekabrında 8 saylı Sverdlovsk birmandatlı seçki dairəsinin 5 çağırış Leninqrad vilayətinin deputatı seçilib. 2016-cı ilin sentyabrında 8 saylı Sverdlovsk birmandatlı seçki dairəsindən 6 çağırış Leninqrad vilayətinin deputatı olub.

2021-ci ildə VII çağırış deputat seçilib.

O, 28 yaşlı oğlu Elçin Əliyevi Dubrovski deputatlar şurasının rəhbəri postuna təyin edib.

Elçin Əliyev Leninqrad vilayətində ən gənc rəhbərdir

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: