Israil Iran

İsrail ordusu İranın hücumuna uyğun bildiyi vaxtda və lazımi şəkildə cavab verəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.

O, bildirib ki, İrana cavab qərarı İsrail rəhbərliyi tərəfindən veriləcək.

“Oktyabrın 1-də İranın İsrailə qarşı başlatdığı kütləvi raket hücumuna rəhbərlik uyğun bildiyi vaxtda və lazımi şəkildə cavab. Bu cinayətkar hücuma necə cavab verəcəyimiz siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq qərarlaşacaq”, – o, qeyd edib.

Qeyd edək ki, “Guardian” nəşri İsrail ordusunun oktyabrın 7-də HƏMAS-ın hücumunun ildönümü ərəfəsində İrana əhəmiyyətli və ciddi zərbə endirə biləcəyini yazıb.

Paylaş: