İsrail tarixi şəhəri vurdu: Səid Əbiyar öldü – FOTO

İyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Dəməşqdən 360 km aralıda yerləşən Hələb şəhərinə zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Səid Əbiyar ötən gecə İsrailin Hələbə endirdiyi aviazərbə nəticəsində öldürülüb.