İsraildən HƏMAS-a ultimatum: “Ya razılaşma, ya da…”

İsraildən HƏMAS-a ultimatum: "Ya razılaşma, ya da..."

İsrail HƏMAS-a atəşkəslə razılaşmaq üçün bir həftə vaxt verib. Əks halda hərbi əməliyyata başlayacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat dərc edib.

HƏMAS-ın siyasi rəhbərliyinin Qəzza zolağındakı hərbi qanadı ilə məsləhətləşərək cavab verəcəyi gözlənilirdi. Lakin təşkilatın Qəzzadakı qrupunun hərbi lideri heç bir reaksiya verməyib.

Bu arada Misir rəsmiləri bildiriblər ki, Həmas-a təqdim edilən atəşkəs təklifi üzərində İsraillə iş aparılır.

NBC telekanalının məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns İsrailə gedəcək və girovlarla bağlı danışıqlara qatılacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az