İsrailin paytaxtı Tel Əvivdə minlərlə insan küçələrə çıxaraq atəşkəs tələb edib.
Globalinfo.az xəbər verir ki, insanlar İsrail Müdafiə Nazirliyinin binası qarşısında toplanaraq atəşkəs- elan olunması üçün şüarlar səsləndiriblər.
Etirazçılar müharibənin qalibinin olmadığını bildirərək, əsirlərin dəyişdirilməli olduğunu qeyd ediblər.
İnsanlar ingilis və ibrani dillərində plakatlar qaldıraraq Qəzzada suyun kəsilməsini, xəstəxanaların bombalanmasını qınayıblar.
