“Hizbullah”ın yüksək rütbəli komandiri öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Livanın cənubunda keçirilən hava əməliyyatı zamanı “Hizbullah”ın “Bədr” bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlan öldürülüb.
Məlumata görə, zərbə Deyr əz-Zəhrani bölgəsinə endirilib. İsrail tərəfi Əlanı bölgədəki hərbçilərinə qarşı təşkil olunan çoxsaylı hücumların planlaşdırılmasında, o cümlədən partlayıcı yüklü PUA-ların istifadəsində iştirak etməkdə ittiham edib.
İsrail ordusunun bildirdiyinə görə, Əla son illərdə İsrail hərbçiləri və mülki şəxslərinə qarşı fəaliyyət göstərən bir neçə Hizbullah döyüş bölməsinə rəhbərlik edib.
Qeyd edək ki, əməliyyat Hizbullahın İsrail hərbçilərinə qarşı hücumundan sonra həyata keçirilib. İsrail tərəfi həmin hücum zamanı üç hərbçinin ağır yaralandığını açıqlayıb.