İsraildə genişmiqyaslı etiraz aksiyası yenidən başladı

Tel-Əvivdə məhkəmə islahatlarına qarşı növbəti irimiqyaslı etiraz aksiyası keçirilir.

Globalinfo.az Gazeta.ru-ya istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələri bağlanıb, aksiyaların keçirildiyi yerdə polis növbətçiliyi həyata keçirir.

Qeyd edək ki, martın 27-də Netanyahu məhkəmə islahatları haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşunu parlamentin yayda keçiriləcək iclasına qədər təxirə salacağını bildirib.