İsraildən Bakıda səfirliyə hücum cəhdi haqda rəsmi AÇIQLAMA

“Azərbaycanda İsrail səfirliyinə hücum planının arxasında İran dayanır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib.

Kohen Azərbaycanda zərərsizləşdirilən şəxsin İrandan təlimat aldığını və maliyyələşdiyini bildirib:

“İran terroru qlobal bir təhdiddir. Bu, son günlər Azərbaycanda İsrail səfirliyinə, Kipr və Yunanıstanda yəhudilərə qarşı hücum cəhdində açıq görünür. Sadəcə, İrana qarşı birlikdə hərəkət etməklə bunun qarşısını almaq olar”.

Tahir Turan
Globalinfo.az