“İsrail İranın Ali rəhbəri Əli Xameneini aradan qaldırmaq niyyətindədir, lakin bunun üçün real imkan yaranmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats “13-cü telekanal”a müsahibəsində deyib.
“Əgər o, bizim hədəf zonamızda olsaydı, onu aradan qaldırardıq. Biz Xameneini məhv etmək istəyirdik, lakin əməliyyat üçün şərait yaranmadı”, – deyə Kats qeyd edib.
Nazirə bu istiqamətdə ABŞ-dan razılıq alınıb-alınmadığı soruşulub. Kats bu suala belə cavab verib: “Belə məsələlər üçün bizə icazə lazım deyil”.
Aysel Əliyeva
Globalinfo.az














