İsrail hakerlərindən İrana qeyri-adi hücum

İsrail hakerləri İranda yanacaqdoldurma məntəqələrinin internet sistemlərinə kütləvi kiberhücum həyata keçiriblər.

Globalinfo.az xəbər verir ki, nəticədə İranda bir çox yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

İran dövlət televiziyasına danışan neft nazirinin müavini Cəlil Salari problemlə bağlı vətəndaşlara xəbərdarlıq edildiyini bildirib:

“Yanacaqdoldurma məntəqələrinin təxminən 60%-də problem var idi. Bu səbəblə istifadə olunan internet sistemini bağladıq. Problemin aradan qaldırılması istiqamətində səylərimiz davam edir”.

Əliyar Xəlil
Globalinfo.az