fitso 1 900x600 2

Slovakiya hökuməti Kiyevin Drujba boru kəməri ilə neft tranzitini bərpa etməməsi halında, 23 fevraldan etibarən Ukraynaya elektrik enerjisi təchizatını dayandıracaq .

Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso açıqlayıb.

Baş nazir Ukraynaya iki gün vaxt verildiyini bildirib:

Slovakiya qürurlu və suveren bir ölkədir, mən də qürurlu və suveren bir slovakiyalıyam. Əgər Slovakiyaya neft tədarükü bazar ertəsinə qədər bərpa olunmazsa, SEPS-dən Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmasını xahiş edəcəyəm”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: