İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibədə tarixi qələbə qazandıqlarını bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə xalqa videomüraciətində danışıb.
Netanyahu çıxışı zamanı aşağıdakı fikirləri səsləndirib:
“Biz nəsillər boyu yadda qalacaq tarixi qələbə qazandıq. İki birbaşa mövcudluq təhdidini – nüvə bombaları ilə məhv edilmə və 20 min ballistik raketlə üz-üzə qalma təhlükəsini aradan qaldırdıq”.
Netanyahu əlavə edib ki, İsrail artıq İranın nüvə layihəsini “dondurub”:
“Əgər kimsə bu layihəni yenidən canlandırmağa cəhd etsə, biz eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq”.
Aysel Əliyeva
Globalinfo.az














