İsrail səfirindən tələbələrimizlə bağlı təqdirəlayiq addım – FOTO

“İsraildə təhsil almış azərbaycanlı məzunlar üçün iftar süfrəsi təşkil etmək mənə çox xoş oldu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında yazıb.

“Bu, bizim məzunlar şəbəkəsi ilə ilk tədbirimiz idi. Məzunlar şəbəkəsi xalqlarımızın birlikdə böyüməsinə şərait yaratmaq üçün açar roluna malikdir. Bunun müsbət təsirini görmək üçün həyəcanlıyam”, – səfir bildirib.

Zaira Akifqızı
Globalinfo.az