ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında sızdırılan danışıqlara reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
Ağ Ev rəhbəri Vaşinqton və Moskva arasında danışıqları “normal” adlandırıb:
“Bu, standart şeydir, bilirsinizmi? Uitkoff Ukraynanı Rusiyaya “satmalıdır”. Bu, onun etməli olduğu işdir”.
Qeyd edək ki, bundan əvvəl “Blumberq” agentliyi Stiv Uitkoff və Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutmuş telefon danışıqlarının stenoqramını yayıb.
Əliyar Xəlil
Globalinfo.az