İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.
“Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, dünən prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.














