***13:54
İsrailin Kipr Respublikasındakı səfiri Oren Anolik qaçırılması ilə bağlı məlumatları təkzib edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə X hesabında video yayımlayıb.
“Haqqımda saxta xəbərlərin yayıldığını eşidirəm. Sizi əmin edirəm ki, yaxşıyam. Deyəsən, kimsə bütün dünyanın mənə zəng edib mesaj göndərməsi və yeni yəhudi ilini təbrik etməsi üçün çox yaradıcı bir yol tapıb”, – səfir bildirib.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin Kipr Respublikasındakı səfiri Oren Anolikin iki cangüdəni ilə birlikdə qaçırılması haqda xəbər yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az














