Rəisinin ölümü: onlar dəfndə idi, təəccübləndim – Səfir

“Gürcüstanın baş naziri və xarici işlər nazirinin İran prezidenti ilə XİN başçısının dəfnində iştirak etməsi məni təəccübləndirdi”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Gürcüstandakı səfiri Hadas Meitzadi “İnterpress Nyus”a müsahibəsində deyib.

Səfir keçmişdə İranın Gürcüstan ərazisində terror aktı törətməyə cəhd göstərdiyini iddia edib:

“İran HƏMAS-ın himayədarı olaraq 7 oktyabrda edilən hücuma görə birbaşa məsuliyyət daşıyır. Əvvəllər İranın Gürcüstan ərazisində terror aktları törətmək cəhdlərini nəzərdən qaçırmaq olmaz. Biz həmin hadisələrdə kimlərin əlinin olduğunu gördük. Dəfndə Hizbullah, HƏMAS liderləri də iştirak edirdilər. Gürcüstanın baş naziri və xarici işlər nazirinin elə bir mərasimə qatılması məni təəccübləndirdi”.

Ayşən Mustafa
Globalinfo.az