İsrail Rəfahı vurdu: 24 nəfər öldü

İsrailin Qəzza zolağının Rəfah şəhərinə endirdiyi zərbələr nəticəsində azı 24 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumatda bildirilib ki, ölən 24 nəfərin altısı uşaqdır.

Xilasedicilər dağıntılar altında axtarışlar aparır.

Ölənlərin sayının artacağı istisna edilmir.