İsrailin Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinə hücumu nəticəsində hərəkatın 6 yüksək rütbəli rəsmisi ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.
Digər təfərrüatlar açıqlanmayıb.
*** 18:44
İsrail Qətərin paytaxtı Dohaya zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi İsrailin hücumundan sonra Dohadakı vəziyyətin gərgin olduğunu açıqlayıb.
İsrail hökuməti Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Baş nazir Benyamin Netanyahunun ofisi Qətərdəki HƏMAS rəhbərliyini hədəf alındığını bildirib.
ABŞ-ın Dohadakı səfirliyi şəhərə raket hücumları barədə məlumatların qeydə alındığını açıqlayıb.
Səfirlik ABŞ vətəndaşlarına sığınacaqlarda qalmağı və təhlükəsiz əraziləri tərk etməməyi məsləhət görüb.
İddiaya görə, Qətərdəki hücumda HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Hayya həlak olub, lakin bu, təkzib edilib.
Qeyd edək ki, Qətərdə İsrail tərəfindən hədəf alınan yüksək səviyyəli HƏMAS rəsmisi Xəlil Əl-Həyya keçən il həm İsmayıl Haniyə, həm də Yəhya Sinvar öldürüldükdən sonra Fələstin silahlı qruplaşmasının rəhbərliyində getdikcə mərkəzi fiqura çevrilib. Eyni iclasda Həmas siyasi bürosunun üzvləri Xalid Məşəl, Məhəmməd Dərviş, Razi Həməd və İzzət ər-Rişk də iştirak ediblər.
Əliyar Xəlil