İsrail ordusu Sumud Donanmasının 42 gəmisini ələ keçirib

İsrail ordusu Sumud Donanmasının 42 gəmisini ələ keçirib

İsrail ordusu Qəzzaya doğru humanitar yardım aparan flotiliyanın sonuncu gəmisini də saxlayıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, Global Sumud Flotiliyasının təşkilatçıları “Marinette” adlı gəminin Qəzzadan təxminən 79 kilometr uzaqda ələ keçirildiyini açıqlayıblar.

İsrail ordusunun radiosu isə donanmanın gəmiyə nəzarəti ələ aldığını, içindəki şəxslərin saxlanıldığını və gəminin Aşdod limanına yönləndirildiyini bildirib.

Flotiliyanın təşkilatçıları bəyan ediblər ki, İsrail donanması artıq humanitar yardım və könüllülərlə yola çıxan 42 gəminin hamısını qanunsuz şəkildə saxlayıb.

Buna baxmayaraq, Qəzzaya yeni bir flotiliya – 11 gəmidən ibarət karvan – yola çıxıb. Təşkilatçıların sözlərinə görə, həmin gəmilərdən birində həkimlər və jurnalistlər də var.

Canlı izləmə xəritəsində flotiliyanın Yunanıstanın Krit adası ilə Misir arasında Aralıq dənizi istiqamətində hərəkət etdiyi görünür.

Aysel Əliyeva
Globalinfo.az